Daşkəsəndə ölümlə nəticələnən yol qəzası baş verib 

09:38 09.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daşkəsəndə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az FHN-ə istinadtən xəbər verirki, Daşkəsən rayonunun Çovdar kəndində “Mack” markalı yük avtomobilinin yol kənarına aşması və içərisində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.